Azərbaycan QHT-ləri müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayırlar
Far.Az xəbər saytı

Azərbaycan QHT-ləri müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayırlar


Bu günlərdə Azərbaycan QHT-ləri Xankəndidə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə QHT-lər dövlətimizin başçısının Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətini tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayaraq bildiriblər:

"Bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə görüşü də sübut edir ki, "Konstitusiya və Suverenlik İli" Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək. Biz Sizinlə fəxr edirik! Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!"

Müraciətdə, həmçinin Böyük Qayıdışa güclü dəstək ifadə edilir: "Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə - 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər