Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin idarə heyətinin sədri Abay Turikpenbayevlə görüşüb.
"Far.Az" Azərbaycanın Astanadakı diplomatik missiyasına istinadən xəbər verir ki, səfir görüş zamanı limanın nəqliyyat-logistik və tranzit imkanları, eləcə də mövcud infrastrukturu ilə tanış olub.
Görüşdə Abay Turikpenbayev gələcəkdə dəniz limanının potensialının daha da artırılması üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.
Son illər Orta dəhliz vasitəsilə daşınan yük həcmlərində artımın baş verməsi fonunda limanın vacib nəqliyyat qovşağı kimi əhəmiyyətinin artdığı vurğulanıb.
Müzakirələr zamanı Azərbaycan və Qazaxıstanın müvafiq qurumları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan səfiri Kurık dəniz limanının rəhbəri ilə əməliyyat imkanlarını müzakirə edib
Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
Qazaxıstan Aktau və Kurık limanları ilə yükdaşımanın həcminə dair proqnoz açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür













