SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib.
Far.Az SOCAR-a istinadən xəbər verir ki, dünyanın 100-ə yaxın ölkəsində qeyd olunan bu qlobal təşəbbüs keyfiyyət mədəniyyətinin inkişafına, innovativ idarəetmə təcrübələrinin yayılmasına və təşkilatlarda mükəmməllik düşüncəsinin gücləndirilməsinə xidmət edir.
Bu il "Fərqli düşün" devizi altında keçirilən tədbir SOCAR-da da müasir yanaşmaların təşviqi, dayanıqlı keyfiyyət idarəetmə sistemlərinin təkmilləşdirilməsi və əməkdaşlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.
SOCAR-ın vitse-prezidenti Fuad Musayevin açılış nitqi ilə başlayan tədbir çərçivəsində mövzuya dair təqdimatlar və panel müzakirəsi keçirilib.
Tədbirdə SOCAR-ın son illərdə keyfiyyət sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən layihələr və qarşıdakı illər üçün hədəflər barədə məlumatlar verilib. Şirkətdə aparılan rəqəmsal transformasiya, proseslərin standartlaşdırılması və risk əsaslı yanaşmanın gücləndirilməsi istiqamətində görülən işlər geniş auditoriyaya çatdırılıb.
Panel müzakirələrində "Fərqli düşünməklə dayanıqlı keyfiyyət mədəniyyəti qurmaq" mövzusu üzrə SOCAR-ın Baş ofisi, SOCAR Türkiyə, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Standartlaşdırma İnstitutundan nümayəndələrinin çıxışları dinlənilib edib. Çıxış edən mütəxəssislər keyfiyyət funksiyasının şirkət daxilində strateji rolunu vurğulayaraq, dəyişən əməliyyat mühitinə uyğunlaşma və proaktiv idarəetmənin əhəmiyyətini qeyd ediblər.
Tədbirin ikinci hissəsində isə SOCAR-ın sahə üzrə mütəxəssisləri arasında "Enerji tariximiz" adlı müsabiqə təşkil edilib.
Tədbir əməkdaşlar arasında keyfiyyət mədəniyyətinin daha da gücləndirilməsinə, mükəmməllik yönümlü fikir mübadiləsinə və şirkətin strateji məqsədlərinə uyğun tətbiqlərin dəstəklənməsinə töhfə verib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq...













