Əli Əsədov iordaniyalı nazirlə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Far.Az xəbər saytı

Əli Əsədov iordaniyalı nazirlə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Baş naziri Əli Əsədov noyabrın 28-də İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında yaranmış səmimi münasibətlərin bu inkişafı şərtləndirən əsas amil olduğu bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə maliyyə naziri Sahil Babayev iştirak edib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər