Hikmət Babaoğlu: "Milli Şura - Ramiz Mehdiyev birliyi iflasa uğradı"
"2013-cü ildə birdən-birə Azərbaycanın siyasi sistemində qondarma bir Milli Şura yaradıldı. Həmişə ideya və fikir böhranı yaşayan radikal müxalifət 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şura ideyasını oğurlayaraq müasir siyasi sistemimizdə onun kölgəsinə sığınmağa cəhd etdi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu, məsələnin hamısı deyil:
"Məsələnin ən maraqlı tərəfi birdən-birə, heç vaxt qarşılıqlı əlaqələri olmayan, hətta intellektual baxımdan bir-birinin əksi olan radikallarla Rusiyada yaşayan bəzi intellektualların eyni çətir altında birləşməsi, sözün əsl mənasında təəccüb doğururdu. Amma o vaxt bunun nə şəkildə və nə cür baş verdiyi haqqında bilgimiz yox idi.
İndi bəlli olur ki, sən demə, radikal müxalifəti də, Rusiyanın şovinist dairələrinə xidmət edən bəzi şəxsləri də eyni çətir altına gətirən Ramiz Mehdiyevin gizli, sehrli çubuğu imiş. Beləliklə, Azərbaycanda bir-birinin ziddi olan əks-güclərin koalisiyası yarandı. Bu isə hökuməti zəiflətmək və ələ keçirmək üçün edilən cəhd idi. Eyni zamanda, Azərbaycan xalqının konstitusion hökumətinə təcavüz idi. Çünki Azərbaycanda hökumətin mənbəyi xalqdır. Xalqla bir yerdə olmayanlar əmindirlər ki, xalq onları hökumətə gətirməyəcək. Ona görə də Əli Kərimli ilə Ramiz Mehdiyevin və Rusiyadan bu prosesə daxil olan bəzi şəxslərin birgə "koalisiyası" yarandı.
Bu, əslində hər nə qədər hökumət çevrilişi cəhdi idisə, bir o qədər də Azərbaycan xalqının iradəsinə vurulan zərbə idi. Onun ələ keçirilməklə seçiminin zəiflədilməsinə edilən cəhd idi. Lakin tezliklə Azərbaycanın təhlükəsizliyindən məsul olan müvafiq qurumlar və onların qəbul etdiyi qərarlar nəticəsində Milli Şura - Ramiz Mehdiyev birliyi iflasa uğradı".
Deputat əlavə edib ki, biz bu gün sadəcə, "Milli Şura"nın həm ideya oğurluğu olmasından, həm Azərbaycan xalqının legitim hökumətini uzaqlaşdırmasından danışmalı deyilik:
"Biz bundan sonra həm də ictimai rəyi daha obyektiv əsaslarda formalaşdırmağı bacarmalıyıq ki, bir də bu cür təzahürlərlə qarşılaşmayaq".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













