Qırğızıstanda növbədənkənar parlament seçkiləri - 460 namizəd 90 yer uğrunda mübarizə aparır
Qırğızıstanda bu gün səhər saat 08:00-da (Bakı vaxtı ilə 06:00) növbədənkənar parlament seçkiləri üçün səsvermə rəsmi olaraq başlayıb.
BAKU.WS xəbər verir ki, ölkənin birpalatalı parlamenti - Joqorku Keneşin səkkizinci çağırışına 90 deputat seçiləcək.
Bu seçkilər ölkədə yeni qaydalar əsasında keçirilir. Prezident Sadır Japarovun iyun ayında təsdiqlədiyi dəyişikliklərlə seçki sistemi tam şəkildə majoritar modelə keçirilib. Bununla əlaqədar ölkə üzrə 30 seçki dairəsi formalaşdırılıb və hər dairədən üç deputat seçiləcək. Ümumilikdə 460 namizəd parlament mandatları uğrunda mübarizə aparır.
Seçkilərdə iştirak üçün heç bir hədd nəzərdə tutulmayıb – seçici fəallığından asılı olmayaraq nəticələr etibarlı hesab olunacaq.
Qeyd edək ki, əvvəlki - yeddinci çağırış Joqorku Keneş 2021-ci ildə qarışıq sistem üzrə formalaşdırılmışdı: deputatların bir hissəsi partiya siyahıları, digər hissəsi isə təkmandatlı dairələr üzrə seçilmişdi. Bu ilki seçki isə tamamilə yeni siyasi düzən və rəqabət şəraiti ilə fərqlənir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













