Bakıda gənc müğənnilərin konserti keçirildi
Bakıda "Bəşəriyyəti musiqi birləşdirir" adı altında musiqi proqramı təqdim edilib.
Far.Az xəbər verir ki, tədbirdə etnik və Qərb musiqisinin sintezi əsasında hazırlanan kompozisiyalar səsləndirilib. Gənc ifaçıların iştirakı ilə baş tutan konsert yeni musiqi nəfəsi və keyfiyyətli canlı performansları ilə seçilib.
Gecəyə aktrisa Rumiyyə Ağayeva aparıcılıq edib. Açılışı balaban və klarnetin ifasında Amin Amaris və "Neva Band" həyata keçirib. Onların klassik və müasir musiqinin vəhdətindən ibarət proqramı milli musiqi irsinə yeni tərz qazandırıb.
Daha sonra səhnəyə "UVS Band"in müşayiəti ilə Nigar The One çıxaraq öz ifaları ilə proqramı davam etdirib. Təqdim olunan canlı aranjemanlar mahnıların daha təsirli şəkildə səslənməsinə imkan yaradıb.
Gecənin finalında reper Eddie Bueno çıxış edərək 2026-cı ildə rəqəmsal platformalarda təqdim olunacaq "Buenos Aires" albomundan bir sıra mahnıları ilk dəfə olaraq ifa edib.
Konsertdə məşhur bəstəkar Vaqif Gərayzadə, tanınmış aktyor Kamran Ağabalayev, aparıcı Hacı Nuran ilə yanaşı, əcnəbi qonaqlar da iştirak ediblər.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













