Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib


Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.

Far.Az xəbər verir ki, Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" konfransında iştirakdan məmnunluğunu bildirən Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum süni intellekt üzrə tədbirlərin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, təhsil və sosial sahədə icra edilən proqram və layihələrin önəmindən danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər iki qurum arasında əməkdaşlıq perspektivlərinin vacibliyini diqqətə çatdırıb.

Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondunun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək layihələri üzrə "Həmdan-ICESCO" mükafatına layiq görülməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyini qeyd edib, Fondun "Həmdan-ICESCO" mükafatı ilə təltif olunmasına görə minnətdarlığını ifadə edib.

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər