Ağdaşda avtomobil piyadanı vurub, daha sonra kanala aşıb - FOTO - YENİLƏNİB
Far.Az xəbər saytı

Ağdaşda avtomobil piyadanı vurub, daha sonra kanala aşıb - FOTO - YENİLƏNİB


Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, avqustun 19-da saat 13 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi “KIA” markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

14.16

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Bakl-Şamaxı-Yevlax yolunun 224-cü km-də, rayonun Qaraqan kəndi ərazisində qeydə alınıb.

2002-ci təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlunun idarə etdiyi “KİA” markalı avtomobil Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub. Daha sonra avtomobil yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı xəsarətlər alan piyada və sürücü təcili tibbi yardım maşını ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağdaşda avtomobil piyadanı vurub, daha sonra kanala aşıb - FOTO
Qaradağ rayonunda zəncirvari qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB-1
Magistral yolda maşın dəmir dirəyə çırpılıb, sürücü ölüb
Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var
Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər