Azərbaycan ABŞ ilə enerji sahəsində potensial əməkdaşlığı müzakirə edib
Azərbaycan və ABŞ potensial sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel ilə görüşdə olub.
"Azərbaycanın geniş və şaxələndirilmiş regional enerji təchizatı planları və layihələrinin icrasında, həmçinin potensial sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq", - deyə nazir qeyd edib.
🇺🇲 Vaşinqtonda ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel ilə səmərəli görüş keçirdik. #Azərbaycan|ın geniş və şaxələndirilmiş regional #enerjitəchizatı planları və layihələrinin icrasında, həmçinin potensial sahələrdə #ABŞ… pic.twitter.com/vJIiaK4Ury
— Parviz Shahbazov (@ParvizShahbazov) December 13, 2025
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Qvineya-Bisau ilə enerji sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə edib - YENİLƏNİB
Pərviz Şahbazov: “EİB Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır” - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib













