Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
"Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resursları daşıyır və müharibəninin uzadılması üçün pul verir. Bu, Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir. Təkcə Rusiya bayrağı yox, digər dövlətlərin bayraqları dalğalanan gəmilər də məhdudiyyətlərə məruz qalıb" , - paylaşımda qeyd olunub.
Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 656 gəmiyə qarşı sanksiya tətbiqi əks olunan qərarının qüvvəyə minməsi üçün sərəncam imzalayıb. Sanksiyalar altında olan gəmilər 50-dən çox ölkənin bayraqları ilə hərəkət edib. Daha çox Qambiya, Syerra-Leone, Panama və Kamerunun bayraqları istifadə olunub.
Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev bu sanksiyalarla bağlı müttəfiqləri ilə birgə iş görəcək.
Oxşar xəbərlər
Rusiyanın PUA hücumundan sonra Kiyev
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













