Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib.
"Far.Az"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxışı zamanı bildirib.
Almaniya hökuməti bundan əvvəl ölkədə mülki xidmətin mümkün bərpası ilə bağlı ictimai birliklərlə ilkin məsləhətləşmələrə başlayıb. Danışıqlar Bundesverin könüllülərin cəlb edilməsi hədəflərinə çatmadığı təqdirdə məcburi hərbi xidmətin potensial geri qaytarılması ilə bağlı müzakirələr fonunda aparılır.
"Əsgərlərin sayını lazım olan qədər tez artıra bilməsək, bu seçki dövründə hələ də ən azı gənclər üçün hərbi xidmətin məcburi elementlərini müzakirə etməli olacağıq", - deyə o bildirib.
Eyni zamanda o, Almaniya konstitusiyasında qadınların icbari hərbi xidmət imkanının nəzərdə tutulmamasından təəssüfləndiyini bildirib və bu kontekstdə ölkədə məcburi alternativ mülki xidmətin bərpa olunmasının tərəfdarı olub.
Qeyd edək ki, Bundestaq Almaniyada hərbi xidməti modernləşdirən qanunu ötən həftə yekun oxunuşda qəbul edib. Yeni qanun könüllü hərbi xidməti (Bundesver) saxlayır, lakin 18 yaşlı bütün kişilər üçün tibbi müayinə vasitəsilə məcburi hərbi qeydiyyatı tətbiq edir.
Hərbi personal üçün cari hədəf 203.000-dir, lakin Almaniya Silahlı Qüvvələrinin sayı iki il dalbadal azaldılıb və 2025-ci ilin mart ayına qədər təxminən 182.000 nəfər olub.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













