Azərbaycan Ankarada 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Far.Az xəbər saytı

Azərbaycan Ankarada 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub


Ankaradakı ATO Konqresium mərkəzində təşkil edilən 3-cü Dünya Mədəniyyətləri Festivalının açılış mərasimi keçirilib.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, festival Türkiyədə fəaliyyət göstərən bir çox xarici dövlət təmsilçilərinin, diplomatik nümayəndəliklərin və mədəniyyət mərkəzlərinin iştirakı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi "Azərbaycan stendi" təqdim edib. Milli stenddə ziyarətçilərə Azərbaycan xalçaları, suvenirlər, kəlağayılar, milli mədəniyyət nümunələri təqdim olunub. "Azərbaycan" stendini ziyarət edənlər ölkəmizin milli mədəniyyəti haqqında məlumatlandırılıb.

Proqramın bir hissəsi olaraq, festival səhnəsində Mədəniyyət Mərkəzinin "Zəngəzur" rəqs ansamblı Azərbaycan xalq rəqslərini ifa edib.

Festivalda müxtəlif ölkələrdən ənənəvi rəqs və musiqi kollektivləri, milli geyimlərin nümayişləri, incəsənət və qastronomiya seminarları, yemək təklifləri, mədəni söhbətlər, film nümayişləri və müxtəlif müsabiqələr yer alıb.

Tədbirin təşkilatçısı "Sirus" vəqfinin rəhbəri Serap Gürkan Firdevsi "Report"un Türkiyə bürosuna bildirib ki, dünyanın 63 ölkəsi arasında Azərbaycan rəqsləri xüsusilə fərqlənib.

"Bizim Azərbaycan musiqilərinə böyük heyranlığımız var. Bu tədbirdə ifa olunan Azərbaycan rəqslərini də beynəlxalq festivala iki ay ərzində sərf olunan gərgin əməyimizin mükafatı hesab edirəm".

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər