Qazaxıstan 2025-ci il üçün BTC ilə neft tədarükü planını təsdiqləyib
Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin həcmi 2025-ci ilin yekunları üzrə ilin əvvəlində planlaşdırıldığı kimi təxminən 1,5 milyon ton təşkil edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən ölkənin energetika naziri Erlan Akkenjenov bildirib.
Nazirin sözlərinə görə, təsdiq edilmiş plandan kənara çıxma halı yoxdur və bu göstərici tam olaraq yerinə yetiriləcək.
O qeyd edib ki, 2026-cı il üçün planlara da 1,5 milyon ton neft həcmi daxil edilib. Eyni zamanda qurumun rəhbəri bu göstəricinin artıqlaması ilə yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.
E.Akkenjenov, həmçinin qeyd edib ki, perspektivdə "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) arasında razılaşmalar bu istiqamətdə ildə 2,2 milyon tona qədər neft tədarükünü nəzərdə tutur.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













