Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması ilə bağlı dəyişikliklər ilk oxunuşda qəbul edilib
Far.Az xəbər saytı

Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması ilə bağlı dəyişikliklər ilk oxunuşda qəbul edilib


Milli Məclis maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.

Həmçinin, maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səqəq olan dəyişiklik üzrə məlumatların və sənədlərin 30 müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulur
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər