KİV: ABŞ ÜTT-yə qlobal ticarət yaxınlaşması dövrünün başa çatdığını bəyan edib
Far.Az xəbər saytı

KİV: ABŞ ÜTT-yə qlobal ticarət yaxınlaşması dövrünün başa çatdığını bəyan edib


ABŞ nümayəndələri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) diplomatlarına göndərdikləri memorandumda təşkilatın əsas prinsipi olan ayrı-seçkiliyin yolverilməzliyi əsasında qurulan ticarət yaxınlaşması dövrünün sona çatdığını bəyan ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Sənəd ÜTT-nin islahatı ilə bağlı müzakirələr fonunda yayılıb və bu məsələ 2026-cı ilin martında Kamerunun paytaxtı Yaundedə keçiriləcək 14-cü Nazirlər Konfransında əsas müzakirə mövzusu olacaq.

Memorandumda ABŞ tərəfi "bütün üzv ölkələrə eyni şərait" prinsipinin artıq dövrünü başa vurduğunu vurğulayıb. Sənəddə Çinin böyük ticarət profisiti toplaması və Hindistanın islahatları bloklaması ilə bağlı dolayı ittihamlar da yer alıb. Xüsusilə bu, ÜTT üzvlərinin məhdud koalisiyalar yaratmaq, təşkilat daxilində konkret ticarət məsələləri üzrə sözdə çoxtərəfli sazişlər bağlamaq imkanlarının qarşısını almaqla bağlıdır. Təşkilatın hazırkı ən əlverişli rejim - "bütün üzv ölkələrə eyni şərait" prinsipi, yəni eyni ticarət qaydalarının bütün 166 üzvə tətbiq olunması bu cür sazişləri istisna edir.

ABŞ bildirir ki, əgər ÜTT çərçivəsində üzvlərin çoxtərəfli sazişlər bağlamaq imkanı yoxdursa, təşkilat danışıqlar üçün etibarlı forum deyil.

Bundan əvvəl ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala konsensus mexanizminin islah olunmasının vacibliyini qeyd etmişdi. Onun sözlərinə görə, bütün üzvlərin yekdil razılığını tələb edən bu sistem qərarların qəbulunu ciddi şəkildə ləngidir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər