“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik
Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik.
"Far.Az" İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib:
"Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir. Montsadakı qələbədən sonra əhval-ruhiyyə yüksəkdir. Hazırda bu formanı qoruyub saxlamaqda qərarlıyıq".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq. "Ferrari" pilotu Şarl Lekler Bakıdakı yarışdan əvvəl İtaliya Qran-prisinin qalibi olub.
Oxşar xəbərlər
"Ferrari"nin üzvü "Formula 1" üzrə İtaliya Qran-prisinin qalibi olub
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
"McLaren" pilotu "Formula 1" üzrə Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşib
"Mercedes"in rəhbəri: Bakıya əvvəlki iki yarışdan daha yaxşı çıxış etmək üçün yollanırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb













