Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB
Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
"Far.Az" xəbər verir ki, bəyanat mətnini onunla bağlı yaradılmış komissiyanın sədri Şahin İsmayılov oxuyub.
Daha sonra bəyanat səsə qoyularaq qəbul olunub.
Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.
Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:
"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".
Spiker qeyd edib ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirib:
"Bu qətnamə Avropa Parlamentinin dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsiplərinə açıq şəkildə etinasız münasibətini ortaya qoyur. Sənəddə yer alan "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" və "mədəni hüquqların məhdudlaşdırılması" kimi ifadələr əsassız və qərəzlidir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik".
Onun sözlərinə görə, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli qərarların "təhsil" və ya "hüquq müdafiəsi" adı altında qəbul olunması nə demokratik inkişafın təbliğinə, nə də insan hüquqlarının qorunmasına xidmət edir.
Sədr əlavə edib ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir.
"Bununla belə, ölkəmizlə münasibətləri əsassız və birtərəfli tələblərlə şərtləndirmək cəhdlərini qəbul edə bilmərik. Dövlətimiz beynəlxalq qurumlarla qarşılıqlı hörmət, bərabərlik və ikili standartlara yol verilməməsi prinsipi əsasında əməkdaşlığa açıqdır".
Daha sonra sözügedən bəyanatın qəbul edilməsi üçün komissiya yaradılıb. Komissiyanın sədri Şahin İsmayılov, üzvlər isə Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Zaur Şükürov və Pərvanə Vəliyeva seçilib.
Oxşar xəbərlər
Sahibə Qafarova TÜRKPA-nın yeni baş katibini qəbul edib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib













