TƏBİB gələn il üçün hədəflərini açıqlayıb
Gələn il səhiyyə sisteminin daha keyfiyyətli, əlçatan və dayanıqlı qurulmasına yönəlmiş aydın strateji hədəflər əsasında davam etdiriləcək.
"Report"un məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına və gələcək planlara dair brifinqində gələcək hədəfləri açıqlayıb:
"Əsas prioritetimiz tibbi xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin yüksəldilməsi olacaq. Bu çərçivədə klinik protokolların icrası gücləndiriləcək, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların və ağırlaşmaların minimuma endirilməsi əsas diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarə olunması nəticəyönümlü keyfiyyət indikatorları əsasında aparılacaq.
Eyni zamanda ilkin səhiyyənin və profilaktik yanaşmaların gücləndirilməsi davam etdiriləcək. Ailə həkimliyi və ilkin tibbi-sanitariya yardımının rolu artırılacaq, erkən müraciətlərin təşviqi, skrininq proqramlarının genişləndirilməsi və risk qrupları üzrə nəzarətin gücləndirilməsi əsas istiqamətlərdən biri olacaq".
V.Qurbanov əlavə edib ki, regionlarda tibbi xidmətlərə əlçatanlığın artırılması da prioritet olaraq qalacaq:
"İxtisaslaşmış tibbi xidmətlərin regionlarda əlçatan olması davam etdiriləcək, kadr çatışmazlığının azaldılması üçün məqsədyönlü tədbirlər görüləcəkdir. Bununla paralel olaraq, infrastrukturun və maddi-texniki bazanın modernləşdirilməsi, əsaslı təmir və yenidənqurma işləri, modul tipli tibb obyektlərinin tətbiqi və avadanlıqların mərhələli yenilənməsi davam etdiriləcək".
İcraçı direktor vurğulayıb ki, tibbi turizm üzrə hədəf ölkələrlə sistemli əməkdaşlığın qurulması və genişləndirilməsi, yerli tibb müəssisələrinin tibbi turizm çərçivəsində xidmət göstərməsi üçün institusional və təşkilati hazırlıqların aparılması də növbəti ilin hədəflərindəndir:
"Tibbi turizm strategiyası hazırlanıb, hədəf bazarlar müəyyən edilib, tibbi turistlər üçün prioritet xidmətlər seçilib. Növbəti ildə icbari tibbi sığorta çərçivəsində xidmətlərin səmərəliliyi və şəffaflığı daha da gücləndiriləcək, göndəriş və növbə mexanizmlərinin optimallaşdırılması hesabına vətəndaşların gözləmə müddəti azaldılacaq".
Oxşar xəbərlər
Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













