Tayvandakı hücumda həlak olanların sayı üç nəfərə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Tayvandakı hücumda həlak olanların sayı üç nəfərə çatıb - YENİLƏNİB


Tayvanda bıçaq və tüstü qumbaralarından istifadə edilməklə törədilən hücum zamanı həlak olanların sayı üç nəfərə çatıb, yaralanan altı nəfər isə xəstəxanalardadır.

"Far.Az" xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat yayıb.

Daha əvvəl iki nəfərin həlak olduğu bildirilirdi.

Naməlum şəxs Taybeydə (Tayvan) iki metro stansiyasında sərnişinlərə hücum edib, iki nəfər ölüb, ən azı doqquz nəfər xəsarət alıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Tayvanın Baş naziri Ço Yunq-tay bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs tüstü şaşkası və bıçaqdan istifadə edib. "Ən azı doqquz nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. İki nəfər isə ölüb", - o qeyd edib.

Cinayətkarın hücumdan sonra özünü yaxınlıqdakı binadan ataraq intihar etdiyi ehtimal olunur.

Polis bu məlumatı təsdiqləyərək araşdırmanın davam etdiyini bildirib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bacadan gələn ölümcül TƏHLÜKƏ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər