Bakıda avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır - EKSKLÜZİV
Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq paytaxtın ictimai nəqliyyatında istifadə olunan "BakıKart" sisteminin operatoru - "K Group" MMC məlumat verib.
Paralel olaraq "BakıKart" kart, "BirBank" və "M10" QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.
Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:
"Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər "BakuBus" marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur".
Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
m10 və "Mastercard" yeni rəqəmsal kartı təqdim edir
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













