"Media Savadlılığı" Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə təlimlər keçirilib
"Media Savadlılığı" Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə maarifləndirici təlimlər təşkil olunub.
Bu barədə "Report"a Medianın İnkişafı Agentliyindən bildirilib.
Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin Medialinqvistika və Kommunikasiya kafedrasının müdiri, professor Dilfuza Teşabayeva "Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu" mövzusunda çıxış edib. Sessiya zamanı süni intellekt texnologiyalarının media məzmununun formalaşdırılmasına təsiri, manipulyativ narrativlərin yaranma mexanizmləri və informasiyanın tənqidi qiymətləndirilməsi metodları ətrafında geniş məlumat verilib.
Təlim proqramının növbəti hissəsində Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin Media məzmunu və layihələrin koordinasiyası şöbəsinin müdiri Zuxra Yunusova "Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi məlumatların, hesabların və reputasiyanın qorunması" mövzusunda təlim keçib. Sessiyada rəqəmsal mühitdə şəxsi məlumatların təhlükəsizliyi, sosial şəbəkələrdə risklər, kiberhücumlara qarşı fərdi müdafiə üsullarından bəhs edilib.
Təlim iştirakçıları tərəfindən mövzulara dair suallar cavablandırılıb, praktiki nümunələr üzərində müzakirələr aparılıb və rəqəmsal mühitdə təhlükəsiz davranışın əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb













