Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib
Far.Az xəbər saytı

Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib


Neft tankerinin heyəti beynəlxalq sularda ABŞ tərəfindən zorla qaçırılıb.

"Far.Az"un məlumatına görə, bu barədə Venesuelanın vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodrigezin telegram kanalında dərc olunmuş hökumət kommunikesində bildirilir.

Qeyd olunur ki, gəmi Amerika tərəfi tərəfindən ələ keçirilib.

Sənəddə deyilir: "Venesuela Bolivar Respublikası, ABŞ hərbçiləri tərəfindən Venesuela nefti daşıyan daha bir özəl gəminin ələ keçirilməsini və oğurlanmasını, eləcə də heyət üzvlərinin zorla oğurlanmasını pisləyir".

Venesuela həmçinin hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

Ölkə hakimiyyəti BMT və digər təşkilatlar vasitəsilə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmək niyyətində olduqları barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər