Rəhman Hümmətov: "Zəngəzur dəhlizi üzrə əsas yollar gələn il istifadəyə veriləcək"
Azərbaycan ərazisində Zəngəzur dəhlizinin əsas hissələrindən biri olan Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 69 % icra edilib.
"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib.
Onun sözlərinə görə, Horadiz-Ağbənd avtomobil yolunun tikintisi isə 95 % tamamlanıb. Nazir müavini qeyd edib ki, hər iki nəqliyyat arteriyasının növbəti ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılır.
R.Hümmətov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması strateji baxımdan həlledici əhəmiyyət daşıyır və Azərbaycanla Türkiyə arasında ticarət və tranzit axınlarının artımına mühüm töhfə verəcək.
Nazir müavini əlavə edib ki, Naxçıvanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində işlərə artıq başlanılıb. Onun sözlərinə görə, Türkiyə ərazisində Qars-Naxçıvan dəmir yolu üzrə tikinti işlərinin icrası Zəngəzur dəhlizinin imkanlarının tam gücü ilə reallaşdırılmasına şərait yaradacaq.
R.Hümmətov bildirib ki, bu layihələr çərçivəsində regionu əhatə edən inteqrasiya olunmuş dairəvi dəmir yolu sisteminin formalaşdırılması nəzərdə tutulur. Qeyd edilib ki, bu marşrut ildə 15 milyon tonadək yük daşınmasına imkan verəcək.
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













