Müəlliflər patentdən əldə edilən gəlirin 50 faizini qonorar kimi ala biləcək
Far.Az xəbər saytı

Müəlliflər patentdən əldə edilən gəlirin 50 faizini qonorar kimi ala biləcək


Müəlliflər patentdən əldə edilən gəlirin 50 faizini qonorar kimi ala biləcəklər.

"Report" xəbər verir ki, bu, "Patent haqqında" qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi baza formalaşdırılır.

Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək.

Oxşar xəbərlər

"Best model of Azerbaijan"ın qalibləri seçildi
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
İnsanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər