Moskvada partlayış nəticəsində ölənlərin sayı üçə çatıb - YENİLƏNİB
İki polis əməkdaşı və daha bir nəfər Moskvanın Yeletskaya küçəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
"Report"un məlumatına görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
"İstintaqın məlumatlarına görə, 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki DYP əməkdaşı polis xidməti avtomobilinin yanında şübhəli şəxs görüblər. Onlar onu saxlamaq üçün yaxınlaşdıqda, partlayıcı qurğu işə düşüb", - Rusiya İstintaq Komitəsinin teleqram kanalında deyilir.
Qurumun məlumatına görə, alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, eləcə də polislərin yanında olan şəxs həlak olub.
Moskvanın Yeletskaya küçəsində Daxili İşlər Nazirliyinin şöbəsinin binası yaxınlığında baş verən partlayış nəticəsində İki polis əməkdaşı həlak olub.
"Report" xəbər verir ki, bu barədə "REN TV" mənbələrə istinadən məlumat yayıb.
"İki DYX (Dövlət Yol Xidməti) əməkdaşı həlak olub", - bildirilib.
Hadisə dekabrın 22-si Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun avtomobilinin partladıldığı yerə yaxın ərazidə baş verib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













