Cihangir İşbilir "Azərbaycan milli mətbuatının 150 illiyi" medalı ilə təltif edilib
Far.Az xəbər saytı

Cihangir İşbilir "Azərbaycan milli mətbuatının 150 illiyi" medalı ilə təltif edilib


Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Bu barədə "Far.Az"a media müşavirinin özü məlumat verib.

C.İşbilir Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb:

"Türkiyə və Azərbaycan arasında media sahəsindəki ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik. Media İnkişaf Agentliyinə və 150 illiyini qeyd etdiyimiz köklü Azərbaycan mətbuatının üzvlərinə təşəkkür edirəm".

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Global Media Group-un 55 əməkdaşı "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər