İsrailin Livana PUA zərbəsi nəticəsində "Hizbullah"ın üzvləri ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

İsrailin Livana PUA zərbəsi nəticəsində "Hizbullah"ın üzvləri ölüb - YENİLƏNİB


İsrail Hərbi Hava Qüvvələri PUA-larla Livanın şimalında yerləşən Hoş-es-Seyyid Əli yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə "Hizbullah" silahlı qruplaşmasının iki üzvü ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, həlak olanlar raket zərbəsinə məruz qalan avtomobildə olublar. Hər ikisi aldıqları yaralardan hadisə yerində ölüblər.

İsrail Müdafiə Ordusu Livanın şərqindəki Beka vadisində yerləşən Nasiriyyə şəhərindəki hədəfə hava zərbəsi endirib.

"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir.

Qeyd olunub ki, zərbə Şin Bet təhlükəsizlik agentliyi ilə birgə Nasiriyyə şəhərində yaraqlılardan birinə endirilib. Lakin hərbçilər hədəfin hansı terror qrupuna aid olduğunu bildirməyiblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər