Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Far.Az xəbər saytı

Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib


Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

"Far.Az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki, bu maddi yardım da dekabrın 30-dək ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyaları ödənilib.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər