Bağdad və Ərbil Türkiyə limanı vasitəsilə neft ixracına dair sazişi uzadıblar
Bağdad və Ərbil İraq Kürdüstanı muxtar rölgəsindən Türkiyənin Ceyhan limanına boru kəməri ilə neft ixracına dair sazişi daha üç ay uzadıblar.
"Report"un məlumatına görə, bu barədə İraqın Neft Marketinq Şirkətinin (SOMO) direktoru Əli Nizar "Rudaw" telekanalına bildirib.
Onun sözlərinə görə, mərkəzi hökumət, Kürdüstan Muxtar Bölgəsinin rəhbərliyi və neft şirkətləri sazişi 31 mart 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəliblər.
Sentyabrın 27-də İraq Kürdüstanındakı yataqlarda hasil edilən ilk neft partiyası iki ildən çox fasilədən sonra boru kəməri ilə Ceyhana çatıb. Xam neft ixracının bərpası ərəb respublikasının mərkəzi hökuməti, Ərbil hakimiyyəti və neft şirkətləri arasında 25 sentyabrda imzalanan saziş sayəsində mümkün olub.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













