KXDR lideri 2026-cı ildə sursat istehsalının artırılmasını tapşırıb
Far.Az xəbər saytı

KXDR lideri 2026-cı ildə sursat istehsalının artırılmasını tapşırıb


Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət işlərinin Sədri Kim Çen In 2026-cı ildə sursat və raket istehsalı planlarının artırılmasının vacibliyini bildirib.

"Report"un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Kim Çen In hərbi-sənaye kompleksi obyektlərinə baş çəkib və orada 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının gedişatını yoxlayıb. Xalq Respublikasının lideri aparıcı müəssisələrin beşillik planının son ili olan 2025-ci il üçün istehsal planını uğurla yerinə yetirdiyini və bununla da ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

"Kim Çen In dövlətin Silahlı Qüvvələrinin raket və artilleriya bölmələrinin gələcək tələbatına uyğun olaraq, inkişaf perspektivlərinə əsaslanaraq 2026-cı il üçün istehsal planının artırılmasının vacibliyini qeyd edib. Bunun üçün əlaqəli istehsal müəssisələrinin texniki bazasının gücləndirilməli və ümumi istehsal gücü genişləndirilməlidir", - agentlik qeyd edib.

KXDR lideri qeyd edib ki, sursata olan gələcək tələbatı ödəmək üçün hərbi-sənaye sektorunda yeni müəssisələr yaradılmalıdır; bunlarla bağlı qərar qarşıdan gələn Partiya Qurultayında veriləcək. Xalq respublikası hakimiyyəti də hərbi-sənaye kompleksinin modernləşdirilməsini davam etdirməlidir.

"Kim Çen In raket və mərmi istehsalının müharibənin qarşısının alınmasının gücləndirilməsində ən vacib olduğunu bildirib", - agentlik vurğulayıb.

Partiyanın IX qurultayında sənayenin istehsalı və modernləşdirilməsi üçün yeni planlar qəbul ediləcək. "Yoldaş Kim Çen In aparıcı hərbi-sənaye müəssisələrinin modernləşdirilməsi üçün partiyanın IX qurultayına təqdim ediləcək plan layihələrini imzalayıb", - agentlik xəbər verib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər