MM-də azyaşlıların virtual asılılığının onlara mənfi təsiri ilə bağlı dinləmə və müzakirə keçirilə bilər
Uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin hüquqi tənzimlənməsi təklif edilib.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlametin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla bağlı müzakirə və dinləmə keçirilə bilər: "Uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir edir. Bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri də təhsil, tərbiyə və texnologiya arasında balansın qorunmasıdır.
Məhz bu reallıqları nəzərə alaraq bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar. Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq".
Deputatın fikrincə, qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır:
"Qeyd olunan məsələlərin aktuallığı nəzərə alınaraq sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib













