Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir
Far.Az xəbər saytı

Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 25-dən 27-dək Türkiyədə səfərdədir.

Bu barədə "Far.Az"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində nümayəndə heyətinin İğdır şəhərində vali Ercan Turan və müfti Zahit Demirellə görüşləri keçirilib.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ortaq etnik, mədəni köklərə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin hər iki ölkənin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bu siyasət xalqlarımız arasında güclü qardaşlıq və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir.

Həmçinin, Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşması, multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmasının vacibliyi bildirilib.

Qeyd edək ki, səfər proqramı çərçivəsində nümayəndə heyətinin Qars şəhərində də bir sıra rəsmi görüşlər keçirməsi nəzərdə tutulur. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov daxildir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər