"Global Media Group" könüllü qanvermə aksiyasına qoşuldu
"Global Media Group" olaraq sosial layihələrin həyata keçirilməsini korporativ sosial məsuliyyət siyasətimizin əsas istiqamətlərindən biri hesab edirik.
Bu yanaşma çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək olaraq təşkil olunan könüllü qanvermə aksiyasına qoşulmuşuq.
Bu gün keçirilən aksiya çərçivəsində "Global Media Group"a daxil olan şirkətlərin əməkdaşları könüllü şəkildə qan verərək ehtiyacı olan insanlara dəstək olublar. Aksiyanın məqsədi qan ehtiyatlarının artırılmasına dəstək olmaq, sağlam həyat tərzini təşviq etmək və cəmiyyətdə humanitar dəyərlərin gücləndirilməsinə töhfə verməkdir.
"Global Media Group"un əməkdaşları aksiyada böyük həvəslə iştirak edərək sosial məsuliyyət nümunəsi göstəriblər.
Bu təşəbbüs şirkətin yalnız media fəaliyyətləri ilə deyil, həm də cəmiyyətin rifahına töhfə verən layihələrlə də önə çıxmasını göstərir.
"Global Media Group" bu kimi sosial və humanitar təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır və cəmiyyətin ehtiyaclarına həssas yanaşmağa davam edəcək. Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb.
"Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün https://gmg.az/ veb-saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə - "Facebook", "Instagram", "LinkedIn", "YouTube" müraciət edə bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
"Global Media Group"da qanvermə aksiyası keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













