Bakıdan strateji jest: Ermənistan qarşılığında nə edəcək?
Baku TV-nin "Global Panorama" verilişinin budəfəki buraxılışında Azərbaycanla Ermənistan arasında ilk dəfə həyata keçirilən rəsmi benzin tədarükünün regionda dəyişən siyasi və iqtisadi reallıqların göstəricisi olduğu vurğulanıb.
Verilişdə qeyd edilib ki, bu addım uzun illər qapalı qalan iqtisadi əlaqələrin mərhələli şəkildə açılmasının praktik nümunəsi kimi diqqət çəkir.
Proqramda bildirilib ki, "Azərbaycan Dəmir Yolları"na məxsus yük qatarı ilə "Aİ-95" markalı benzinin Gürcüstan üzərindən Ermənistana çatdırılması postmünaqişə dövründə Bakı tərəfindən seçilmiş rasional və praqmatik strategiyanın tərkib hissəsidir. Bu prosesin təsadüfi deyil, əvvəlcədən razılaşdırılmış və planlı qərar olduğu xüsusi vurğulanıb.
Verilişdə Azərbaycanın regionda tranzit və logistika imkanlarını genişləndirən əsas aktorlardan biri kimi çıxış etdiyi, marşrutların işlək vəziyyətə gətirilməsinin isə siyasi ritorikadan daha təsirli mesaj verdiyi qeyd olunub.
Eyni zamanda Ermənistan üçün bu tədarükün yanacaq bazarının diversifikasiyası və enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Proqramda qeyd edilib ki, iqtisadi asılılıqların yaranması siyasi dialoqun tonunu da dəyişir və qarşılıqlı faydaya əsaslanan münasibətlər üçün yeni imkanlar açır.
Vurğulanıb ki, Azərbaycan regionda sülhü bəyanatlarla deyil, işlək mexanizmlərlə möhkəmləndirməyə çalışır. Yanacaq, tranzit və ticarət üzərindən qurulan bu əməkdaşlıq modelinin gələcəkdə daha geniş iqtisadi və siyasi əlaqələrin əsasını qoya biləcəyi qeyd edilib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Azərbaycan Dəmir Yolları: 145 illik zəfər marşrutu və geosiyasi uğur hekayəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













