Mərkəzi Afrika Respublikasında ümumi seçkilər başlayıb
Mərkəzi Afrika Respublikasında (MAR) ümumi seçkilərdə səsvermə başlayıb.
"Far.Az"un məlumatına görə, ölkədə təxminən 2,4 milyon vətəndaş səs vermək hüququna malikdir, onlar prezidenti, parlamentin deputatlarını və yerli hökumət nümayəndələrini seçəcəklər.
Ölkə üzrə 6 700 seçki məntəqəsi yaradılıb. Məntəqələr yerli vaxtla səhər saat 6:00-da (Bakı vaxtı ilə səhər saat 9:00) açılıb və axşam saat 18:00-a qədər (Bakı vaxtı ilə axşam saat 21:00) açıq qalması planlaşdırılır.
Prezidentlik uğrunda yeddi namizəd, o cümlədən 2016 və 2020-ci illərin seçkilərində qalib gələn hazırkı Prezident Fosten-Arkanje Tuadera mübarizə aparır. 2023-cü ilin yayında referendumla qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə namizəd olmaq hüququ verib. Prezidentlik müddəti yeddi ildir. Əgər heç bir namizəd birinci turda 50+1 % səs toplaya bilməsə, ikinci tur keçiriləcək.
Ekspertlər hesab edirlər ki, sol mərkəzçi "Birləşmiş Ürəklər Hərəkatı" (DOS) Partiyasından namizədliyini irəli sürən Tuaderanın qalib gəlmək şansı daha yüksəkdir. Onun əsas rəqibləri keçmiş baş nazirlər Anise-Jorj Doloqele (1999-2001) və Anri-Mari Dondradır (2021-2022).
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













