DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir.
"Far.Az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarında gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanı digər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan və buzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duz səpilir.
Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevik reaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklər göstərilir.
Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













