KİV: Rusiya və Ukrayna arasında sülh Avropada "intibah"a səbəb ola bilər
Far.Az xəbər saytı

KİV: Rusiya və Ukrayna arasında sülh Avropada "intibah"a səbəb ola bilər


Rusiya-Ukrayna müharibəsinin sona çatması enerji qiymətlərinin azalmasına və investisiyaların artmasına səbəb olacaq, bu da Avropada müsbət dövrün və ya "intibah"ın başlanğıcını göstərəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "Financial Times" (FT) UBS iqtisadçısı Reynhard Kluz və "ABN AMRO Investment Solutions"ın investisiya direktoru Kristof Buşeyə istinadən məlumat yayıb.

Lakin ekspertlər hələ də 2026-cı ildə Avropa İttifaqının (Aİ) iqtisadiyyatında 1,2 %-ə qədər yubanma gözləyirlər.

Proqnoz Rusiya-Ukrayna müharibəsinin Kiyev üçün əlverişli şərtlərlə başa çatması, həmçinin vergi stimulları və istehlakçı xərclərinin artırılması şərti ilə etibarlıdır.

FT 88 iqtisadçı arasında sorğu keçirib. Onların əksəriyyəti 2026-cı ildə Avropa ölkələrinin iqtisadi yüksəlişini Almaniyanın infrastruktur və müdafiəyə 1 trilyon avro xərcləmək planları ilə əlaqələndirib. Lakin bəziləri bu tədbirlərin struktur problemləri və geosiyasi qeyri-müəyyənliyi aradan qaldıracağına şübhə edirlər.

Ekspertlərin proqnozlarına görə, Avrozonada ümumi daxili məhsulun (ÜDM) artımı 2026-cı ildə 1,2 %-ə qədər yubanacaq (gözləntilərdən 0,2 faiz az), sonra isə 2027-ci ildə 1,4 %-ə qədər yüksələcək. Ötən ilin 0,9 % proqnozu aşağı olub. 2025-ci ildə iqtisadiyyat 1,4 % artıb və Avropa Mərkəzi Bankının faiz dərəcələrinin yavaş azalması ilə bağlı narahatlıqlar özünü doğrultmayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər