Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq
Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
“Report” xəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.
Turun son qarşılaşması Bank Respublika Arenada baş tutacaq. “Turan Tovuz” səfərdə “Sabah”la görüşəcək. Saat 20:30-da startı veriləcək matçın baş hakimi Əliyar Ağayev olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr
18:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksi.
20:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bank Respublika Arena.
Qeyd edək ki, Turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bəlli olub
Azərbaycan Premyer Liqası: V tur iki oyunla başlayır
"Turan Tovuz" "Qarabağ"ı məğlub edib
"Neftçi" "Sabah"a məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













