Məişət zorakılığından əziyyət çəkənlərin mühafizə orderi üçün rüsum ödəməməsi III oxunuşda qəbul edilib
Məişət zorakılığından zərər çəkmiş şəxslərin uzunmüddətli mühafizə orderinin verilməsi üçün müraciət etdikdə dövlət rüsumu ödəməməsi haqqında dəyişikliklər son oxunuşda qəbul edilib.
"Report" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur.
Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.
Hazırda "Dövlət rüsumu haqqında" qanuna əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilib, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilib.
Təklif edilən dəyişiklik məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlib.
Xatırladaq ki, məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən məişət zəminində fiziki, psixi, cinsi zorakılığı, iqtisadi xarakterli qanunsuz hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Məişət zorakılığından əziyyət çəkənlərin uzunmüddətli mühafizə orderi üçün rüsum ödəməməsi ilk oxunuşda qəbul edilib
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cinayət əlamətləri olmayan məişət zorakılığı şikayətlərinə yeni qaydada baxılması ilk oxunuşda təsdiqlənib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib













