Milli Məclis əkin yerinin yandırılması ilə bağlı yeni cərimələri son oxunuşda qəbul edib
Far.Az xəbər saytı

Milli Məclis əkin yerinin yandırılması ilə bağlı yeni cərimələri son oxunuşda qəbul edib


Milli Məclis əkin yerinin yandırılması ilə bağlı yeni cərimələri son oxunuşda qəbul edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə görə, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirdilər.

Sənəddə qeyd edilib ki, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Avtoxuliqanlıqla məşğul olan moped sürücülərinin cərimələnməsi haqqında dəyişiklik son oxunuşda qəbul edilib
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
Parlament mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər