FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Far.Az xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Beyləqan rayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkar Həsənova Şəhla Xıdır qızına məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Qanunsuz işləyən maye qazdoldurma məntəqəsinin istismarı FHN tərəfindən dayandırılıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Maye qazdoldurma məntəqəsində tutumun istismarını dayandırıldı - FOTO/VİDEO
Gədəbəydə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Bu obyektin istismarı MƏHDUDLAŞDIRILDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Famil Xəlilov: Azərbaycan millisi növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq













