ABŞ Venesuela ilə İranın 10 şəxsinə və şirkətinə qarşı sanksiyalar tətbiq edib
Far.Az xəbər saytı

ABŞ Venesuela ilə İranın 10 şəxsinə və şirkətinə qarşı sanksiyalar tətbiq edib


ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Venesuela və İranda yerləşən 10 fiziki və hüquqi şəxs barəsində sanksiyaların tətbiq edilməsini elan edib.

"Far.Az" xəbər verir ki, bu məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda yer alıb.

Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı məsələləri üzrə müavin naziri Con Hörli bildirib ki, bu tədbirlər İranın hərbi-sənaye kompleksini dəstəkləyənlərin ABŞ-nin maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəlib.

Yeni məhdudiyyətlər qurumun silahların yayılmasının qarşısını almaq siyasətini davam etdirir və 27 sentyabrdan etibarən İrana qarşı BMT sanksiyalarının yenidən tətbiqi qərarını dəstəkləyir. İranın pilotsuz təyyarə və raket istehsalı proqramları Yaxın Şərqdəki ABŞ personalı və onların müttəfiqləri üçün təhlükə yaradır, həmçinin Qırmızı dənizdə kommersiya daşımalarını qeyri-sabit hala gətirir. Bundan əlavə, İranın Karakasa adi silahlar tədarük etməsi ABŞ-nin Qərb yarımkürəsindəki maraqlarını təhdid edir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər