BƏƏ Yəməndəki hava limanından hərbçilərini çıxarmağa başlayıb
Far.Az xəbər saytı

BƏƏ Yəməndəki hava limanından hərbçilərini çıxarmağa başlayıb


Birləşmiş Ərəb Əmirlikləri ordusu Yəmənin Hadramaut əyalətindəki beynəlxalq hava limanından qüvvələrini geri çəkməyə başlayıb.

"Far.Az"un xəbərinə görə, bu barədə "EFE" Yəmən hakimiyyətinə istinadən məlumat yayıb.

Bir gün əvvəl BƏƏ Müdafiə Nazirliyi Yəməndə ixtisaslaşmış antiterror qruplarının fəaliyyətini ixtisar etdiyini açıqlamışdı.

Yəmənin Prezident Administrasiya Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb və BƏƏ ilə müştərək müdafiə sazişinin ləğvini elan edərək, əmirlik qüvvələrinin 24 saat ərzində Yəmən ərazisindən çıxarılmasını tələb edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər