Tramp bəzi mebel növlərinə tarif artımını bir il təxirə salıb
Far.Az xəbər saytı

Tramp bəzi mebel növlərinə tarif artımını bir il təxirə salıb


ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bəzi mebel növlərinə, o cümlədən mətbəx mebellərinə tarif artımının bir il müddətinə təxirə salınması barədə göstəriş verib.

"Report"un Ağ Evin dərc etdiyi sənədə istinadən verdiyi məlumata görə, ABŞ 2026-cı il yanvarın 1-dən bu məhsullar üçün əvvəllər 25% müəyyən edilmiş tarif dərəcəsini artırmağı planlaşdırıb.

Bəzi mebel növləri üzrə tariflərin 30%-ə, digərlərində isə 50%-ə qədər artırıla biləcəyi gözlənilirdi.

Vaşinqton administrasiyası ABŞ-a mebel tədarük edən bir neçə ölkə ilə davam edən ticarət danışıqlarının məhsuldar olduğuna inanaraq bunun əleyhinə qərar verib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər