"Kaspi" qəzeti 145 illiyini qeyd edir
Bu gün "Kaspi" qəzetinin 1881-ci il yanvarın 1-də ilk nömrəsinin çıxmasından 145 il ötür.
"Far.Az" xəbər verir ki "Kaspi" uzun müddət Bakıda yeganə dövri nəşr olub.
Əvvəlcə qəzet həftədə iki dəfə, sonra isə üç dəfə çıxırdı. 1884-cü ildən qəzet gündəlik nəşr olunmağa başlayıb.
Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 145 illik tarixi ərzində qəzetə bir çox görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onların arasında ictimai və dövlət xadimi Əli Mərdan bəy Topçubaşov xüsusi yer tutur. O, 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev qəzeti aldıqdan sonra "Kaspi"nin baş redaktoru olub. Topçubaşov "diyar əhalisinin maarifləndirilməsi" və "cəhalət və yoxsulluqdan qurtuluş"u qəzetin missiyası elan edib.
"Kaspi"nin nəşri 1919-cu ildə dayandırılıb və XX əsrin sonunda yenidən bərpa olunub. O zaman Azərbaycan dilində "Kaspi" qəzeti də çıxmağa başlayıb.
"Kaspi" və "Kaspiy" qəzetləri 2021-ci ildən "Global Media Group"un tərkibinə daxildir.
"Üç əsrin qəzeti" müasir dizaynda çıxır. Hər şənbə günləri çap olunan rəngli, 16 səhifəlik "Kaspi"də siyasi, iqtisadi, sosial, mədəni və idman materialları dərc edilir.
"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.
"Far.Az" informasiya agentliyinin kollektivi hər iki "Kaspi"dəki həmkarlarını əlamətdar tarix münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır!
Oxşar xəbərlər
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
"Kaspi" qəzeti 144 illiyini qeyd edir
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub













