Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub
Far.Az xəbər saytı

Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub


Ukrayna və Moldova rəsmi olaraq Avropa İttifaqının (Aİ) rouminq zonasına daxil olub.

"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, Avropa Komissiyası 2026-cı il yanvarın 1-də Aİ Şurasının Ukraynanın Aİ-nin rouminq zonasına daxil edilməsi ilə bağlı tənzimləmə təklifini qəbul etdiyini açıqlayıb.

Belə ki, 1 yanvar 2026-cı ildən etibarən Ukrayna və Moldova vətəndaşları əlavə xərclər olmadan öz milli operatorlarından 27 Aİ ölkəsində zənglər edə, SMS göndərə və mobil internetdən istifadə edə biləcəklər.

Oxşar şərtlər Avropa İttifaqı ölkələrindən olan abunəçilər üçün Ukrayna və Moldovada olarkən də tətbiq ediləcək. Eyni zamanda, Avropa İttifaqının digər ölkələrin operatorlarına məxsus nömrələr üçün rouminq şərtləri və tələbləri Moldova və Ukraynaya da şamil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər