Slovakiyanın müdafiə naziri: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
Far.Az xəbər saytı

Slovakiyanın müdafiə naziri: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq


Ukrayna NATO-ya üzv olmayacaq, Avropa İttifaqına üzvlükdə də problemlər olacaq.

"Report" TASR-a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Robert Kalinyak deyib.

Onun sözlərinə görə, Ukraynaya yardım edən "istəklilər koalisiyası" ölkələri bu istiqamətdə ciddi heç bir addım atmayıblar.

"Onlar əsgər göndərdilərmi? Əlbəttə ki, yox", – Kalinyak bildirib və əlavə edib ki, Ukraynanın 2022-ci ildə Rusiya ilə müharibəni bitirmək imkanı olub.

Nazir vurğulayıb ki, ümumi Avropa ordusunun yaradılması yalnız NATO üzvlüyü olmadığı halda məntiqli addım ola bilər.

O həmçinin qeyd edib ki, Avropa İttifaqı ümumi müdafiəyə qarışmamalıdır, çünki müdafiəni yalnız Şimali Atlantika Alyansı idarə etməlidir. İki ayrı komandanlıq müdafiəni təmin edə bilməz.

"Ya biz NATO-dayıq və onda Avropa ordusuna ehtiyac yoxdur, ya da Avropadayıq", – Kalinyak əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər