Mask: Radikal solçuların qələbəsi ABŞ-nin sonu olacaq
ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərində radikal solçular qalib gələrsə, ABŞ məhv olacaq.
"Report"un məlumatına görə, bu barədə əvvəllər ABŞ-nin Federal Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) fəaliyyətinə nəzarət edən amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində yazıb.
"Radikal solçular qalib gələrsə, Amerikanın sonu gələcək. Onlar qanunsuz immiqrasiya və dələduzluq üçün qapıları açacaqlar. Bu, artıq Amerika olmayacaq", - deyə o qeyd edib.
Beləliklə, milyarder noyabr seçkilərində qələbə qazanmasına və ABŞ Konqresinin hər iki palatasına nəzarəti saxlamasına kömək etmək üçün Respublikaçılar Partiyasına maliyyə dəstəyi göstərməsi barədə məlumatları şərh edib.
Dekabrın ortalarında "Axios" portalı mənbələrə istinadən Maskın 2026-cı ildə Nümayəndələr Palatası və Senatda aralıq seçkilərə hazırlıq dövründə respublikaçıların seçki kampaniyalarını maliyyələşdirməyə başladığını bildirmişdi. Portal qeyd etmişdi ki, bu, biznesmenlə ABŞ Prezidenti Donald Tramp arasında keçən ilin yayında baş vermiş münaqişədən sonra münasibətlərinin yaxşılaşdığını göstərir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Maskın davam edən şousu - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













