Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə "didərgin planet" aşkar edilib
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə "didərgin planet" aşkar ediblər.
"Report"un məlumatına görə, bu barədə "Science" jurnalında dərc olunan elmi məqalədə qeyd olunub.
Dəqiqləşdirilib ki, səma cismi Yerdən 9,9 min işıq ili məsafəsində, Oxatan bürcündə yerləşir. Bu kəşf təsdiqləyib ki, iri planetlər çox nadir hallarda onları yaradan ulduz sistemlərindən kənara atıla bilərlər.
Kəşf Varşava Universiteti Rəsədxanasının direktoru Ancey Udalskinin rəhbərliyi altında fəaliyyət göstərən bir qrup astronom tərəfindən "OGLE" layihəsi çərçivəsində edilib.
Alimlər yaxınlıqda yerləşən və gözlə görünməyən obyektlərin yaratdığı qravitasiya mikrolinzalarının axtarışı ilə məşğul olublar. Vurğulanıb ki, astronomlar eyni vaxtda bir neçə olduqca sönük və soyuq səma cismi aşkar ediblər ki, bunlara tez-tez "didərgin planetlər" deyilir.
Onların dəqiq mənşəyi və təbiəti hələlik məlum deyil. Alimlərin bir qismi hesab edir ki, bunlar bir sıra mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində ulduz sistemlərindən kənara atılmış iri planetlərdir. Digər tədqiqatçılar isə onların, əslində, çox soyuq və kiçik qəhvəyi "cırtdan"lar - yəni kütləsi olduqca az olan "uğursuz" ulduzlar olduğunu ehtimal edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
-
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq













